Naxçıvanlılar onları ittiham etdi
Bizi izləyin

İdman

Naxçıvanlılar onları ittiham etdi

Premyer Liqada bu il mübarizəyə qoşulan "Araz-Naxçıvan"ın fəaliyyətini dayandırması barədə məlumat vermişdik. (http://publika.az/p/49873)

Həmçinin Peşəkar Futbol Liqasından (PFL) məsələ ilə bağlı araşdırma aparıldığını bildirmişdilər (http://publika.az/p/49912)

Publika.az xəbər verir ki, klubdan növbəti açıqlama gəlib. Klub fəaliyyətini dayandırmasının əsl səbəbini belə izah edib:

“Araz-Naxçıvan” ötən gün fəaliyyətini dayandırması ilə bağlı açıqlama verib və PFL-ə də rəsmi məktub göndərib. Bu məlumatla bağlı yerli mətbuatda bir sıra xəbərlər öz əksini tapıb. Bəzi mətbu orqanlar əsassız xəbərlər yayaraq, klubun dağıldığını müəyyən səbəblərlə bağlayıblar. Lakin bu xəbərlərin çoxu həqiqəti əks etdirmir. Muxtar respublika klubunun çempionatı tərk etməsi və fəaliyyətinin dayandırmasının səbəbi isə tam fərqlidir. Klub yaradılarkən öz strategiyasına uyğun olaraq fəaliyyət dairəsi seçmişdi. İlk olaraq yerli futbolçularla güclənməyi qarşısına məqsəd qoyan komandanın əsl məqsədi Azərbaycan futboluna xidmət etmək və yerli oyunçuların gücündən istifadə etmək idi. Lakin zaman keçdikcə klubumuza qarşı bəzi haqsızlıqlar muxtar respublika təmsilçisinin fəaliyyətinin dayandırmasına səbəb oldu.

Xatırlayırsınızsa, hələ çempionatın II turunda "Qəbələ", IV turunda isə "Sumqayıt"la oyunda komandamız hakim haqsızlıqları ilə üzləşmiş və bu barədə futbol qurumuna müraciət olunmuşdu. Sonradan məsələ öz həllini tapsa da, klubumuz müəyyən şərtlərlə çempionatda oyunlarına davam etdi. Ancaq sonrakı turlarda məlum hadisələrdən sonra klub rəhbərliyinin səbir kasası daşdı və klubun fəaliyyətinin dayandırılmasına göstəriş verildi. Biz "Araz-Naxçıvan" PFK olaraq, çempionatı təşkil edən PFL-ə, həmçinin futbolun inkişafı üçün çalışan AFFA rəhbərliyinə təşəkkürümüzü bildiririk və çempionatın növbəti turlarında digər klublara uğurlar arzulayırıq. Yarandığı gündən etibarən komandanın daim yanında olan sadiq azarkeşlərimizə minnətdarlığımızı bildiririk".

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm