İdman
Füzuli Ələkbərovun federasiyasında dava düşdü – ÖZƏL
Cüdo ürə milli komandanın baş məşqçisi Hacıağa Hacıəhmədov və Ağayar Axundzadə arasında dava düşməsi barədə məlumat vermişdik. Belə ki, cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Peter Zayzenbaherin postundan getdikdən sonra Hacıağa Hacıəhmədov onun yerinə yeni təyin olunmuşdu.
Həmin vaxt bu təyinat iki məşqçinin arasını vurub. Belə ki, Ağayar müəllim əvvəlki postuna qayıtmağı hədəfləyibmiş.
Amma federasiyanın son qərarı onu razı salmayıb. Ağayar Axundzadə və Hacıağa Hacıəhmədov arasında dava düşmüşdü.
Ağayar müəllim Hacıağa Hacıəhmədovu baş məşqçi postuna “xüsusi xahiş”lə getməkdə günahlandırılmışdı. Bundan sonra iki həmkar arasında mübahisə düşüb. Hadisənin böyüməsinin qarşısını idmançılar almışdılar. (http://publika.az/p/8389 )
Publika.az-ın federasiyaya yaxın mənbədən əldə etdiyi məlumata görə, iki məşqçi arasında münasibətlər yenidən gərginləşib. Belə ki, Hacıağa Hacıəhmədovun milliylə məşqi zamanı Ağayar Axundzadə müdaxilə edib, göstəriş verməyə çalışıb. Bu hərəkət işini görməyə çalışan Hacıağa müəllimin heç də xoşuna gəlməyib.
Bu zaman onlar arasında mübahisə yaşanıb. Verilən məlumata görə, mübahisə edən tərəfləri idmançılar sakitləşdiriblər.
Ağayar Axundzadə mübahisə zamanı Hacıağa Hacıəhmədova millinin səviyyəsinin aşağı olmasını və uğursuzluğu da xatırladıb. Günahkar olaraq Hacıəhmədovu görüb.
Xatırladaq ki, millinin indiki məşqçi Hacıağa Hacıəhmədovun da vəzifəsindən getmə ehtimalı çoxdur. Bu barədə məlumat vermişdik. Çünki Hacıağa müəllimin gəlişindən sonra millinin uğurlarında heç də irəliləmə olmayıb. Əksinə, idmançıların uğursuzluqları daha çox olub. Bu da rəhbərliyin sərt reaksiyasına səbəb olmuşdu.
(http://publika.az/site/p/48810 )
Aygün İlqarqızı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi