Messinin yerini dəyişdilər
Bizi izləyin

İdman

Messinin yerini dəyişdilər

Argentina milli komandasının baş məşqçisi Xerard Martino futbolçu Lionel Messinin mövqeyində dəyişiklik etmək fikrindədir.

Belə ki, məşqçi ulduz futbolçunu sağ cinahda oynatmağa qərar verib.

Publika.az-ın məlumatına görə, bu barədə X.Martino Xorvatiyaya qarşı yoldaşlıq oyunu öncəsi keçirilən mətbuat konfransında açıqlama verib.

O bildirib ki, komandada Messidən başqa, Serxio Aquero, Qonzalo İquain və Karlos Teves kimi hücumçuları var. Buna görə də, Martino bəzi hücumçuları başqa mövqelərdə oynadacağını bildirib:

"Messini sağ cinahda oynatmağa qərar vermişəm. Çünki futbolçuları öz klublarındakı mövqelərində oynatsaq, meydana eyni amplualı 4 hücumçu ilə çıxmalıyıq. Bəzi matçlarda dörd hücumçu ilə oynamaq çətindir".

Məlumat üçün bildirək ki, Argentina millisi bu gün Xorvatiya ilə qarşılaşacaq. Xerardo Martinonun komandası oktyabrın 18-də isə Portuqaliya millisi ilə yoldaşlıq matçı keçirəcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm