“Qarabağ”ın futbolçuları oyundan öncə spirtli içki içiblər? – RƏSMİ AÇIQLAMA
Bizi izləyin

İdman

“Qarabağ”ın futbolçuları oyundan öncə spirtli içki içiblər? – RƏSMİ AÇIQLAMA

Xəbər vermişdik ki, “Qarabağ” klubunun futbolçusu Reynaldonu komanda yoldaşı və həmyerlisi Almeydanı iki xanımla birgə şəhərin mərkəzindəki gecə klublarından birindən içkili vəziyyətdə çıxarkən görüblər.

Məlumata görə, komanda yoldaşı və həmyerlisi Almeyda və daha iki xanımla “Kia optima” markalı avtomobilə əyləşən “sambaçı”nı bir neçə metrdən sonra yol polisi saxlayıb. Almeyda sükan arxasında olmadığından ona heç bir cərimə yazılmayıb. Reynaldoya isə içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə protokol tərtib edilib. (http://publika.az/p/51813 )

Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq.

Publika.az-a danışan klub rəsmisi oyun, ya məşq zamanı Reynaldo və Almeydanın spirtli içki qəbul etməsi kimi bir problemlə qarşılaşmadıqlarını deyib:

“Adını çəkdiyiniz futbolçuların hər ikisi ailəlidir. Ancaq onlar ictimai qaydaları pozmayacaqları şəkildə yaşadıqları həyatda sərbəstdirlər. Düzdür, ictimai şəxslərdirlər, bəzi şeyə diqqət etməlidirlər.

Onların oyun, ya da məşq olmayan zaman spirtli içki qəbul edib-etmədiklərini bilinmirəm. Ancaq matç və ya təlim-məşq zamanı futbolçuların heç vaxt belə bir problemi (içkili olmaq – red.) olmayıb”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm