Ulduzları birləşdirən virus – VİDEO
Bizi izləyin

İdman

Ulduzları birləşdirən virus – VİDEO

FIFA və Afrika Futbol Konfederasiyası ulduz futbolçular və səhiyyə sahəsində çalışan ekspertlərlə Ebola virusuna qarşı "11 oyunçu, 11 mesaj, 1 hədəf" kampaniyasını yaradıblar.

Kampaniyaya Kriştiano Ronaldo, Neymar, Qaret Beyl, Didie Droqba, Filipp Lam və digər məşhur futbolçular qatılıb. Onlar həkimlər və tibb işçiləri tərəfindən hazırlanmış virusa qarşı profilaktika tədbirlərilə əlaqədar mesajlar yazıblar.

Kampaniyanın əsas şüarı belədir: "Birlikdə Ebolaya qalib gələ bilərik".

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Ebola virusuna yoluxmuş 14 413 nəfərdən 5177-si artıq dünyasını dəyişib.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm