• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakıda AİBA Pro Boxing döyüşləri başlayır

  • İdman
  • 23 Noyabr 2014 09:34
  • 864 Baxış
Bakıda AİBA Pro Boxing döyüşləri başlayır

Noyabrın 29-30-da Bakıda AİBA Pro Boxing (APB) turnirinin 69 və 91 kq-dan artıq çəki dərəcələrində növbəti döyüşlər keçiriləcək.



Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, iki qat dünya çempionumuz, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov nəhayət ki, Beynəlxalq Boks Federasiyasının yeni proektində iştirak edəcək.



Milli komandamızın üzvü ötən ay xəstə olduğu üçün rumıniyalı Mixay Nistorla görüşə çıxa bilməmişdi. Bu dəfə boksçumuz noyabrın 30-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində ukraynalı Sergey Verveyko ilə qarşılaşacaq. Verveyko APB-də ilk görüşündə mərakeşli Məhəmməd Arjaouiyə uduzmuşdu.



69 kq çəki dərəcəsində mübarizə aparan Fariz Məmmədov isə noyabrın 29-da rinqə çıxa bilməyəcək. Rusiyalı Andrey Zamkovoyla döyüşdə burnundan zədə alan idmançı 3 ay rinqdən uzaq qalmalı olacaq. Əvəzində 69 kq çəki dərəcəsində milli komandamızın digər üzvü Tamerlan Abdullayev doğma publika qarşısına çıxacaq. Dəfələrlə ölkə çempionu olmuş T.Abdullayev hələ ki böyüklər arasında beynəlxalq arenada elə bir ciddi uğur qazanmayıb. O, son Azərbaycan çempionatında öz çəki dərəcəsində 3-cü yeri tutub. Həmyerlimiz APB-də ilk görüşünü macarıstanlı Qyula Kateyə qarşı keçiricək. 32 yaşlı Q.Kate ilk döyüşdə ukraynalı Denis Lazerevə məğlub olub. O, 2003 və 2009-cu illərdə dünya çempionatlarında bürünc mükafata layiq görülüb.



AİBA Pro Boxing turnirində növbəti döyüşlər noyabrın 29-da və 30-da saat “Sərhədçi” İdman Olimpiya Mərkəzində başlayacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR