Mourinyo “Qızıl top”u önəmsiz saydı
Bizi izləyin

İdman

Mourinyo “Qızıl top”u önəmsiz saydı

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo "Qızıl top"un futbolda lazımsız olduğunu deyib.

Publika.az-ın məlumatına görə, Mourinyo bildirib ki, bu mükafatın komandadakı ulduz futbolçuların qazanılmış uğurdakı payını daha çox göstərməyə hesablanıb:

"Belə mükafatlar futbol üçün heç də yaxşı şey deyil. Bu mükafat, sanki, ulduz futbolçuların uğurdakı paylarının digər oyunçulardan daha çox olduğunu göstərmək üçündür. Bu, bizim "Çelsi"də aşıladığımız futbol mədəniyyəti deyil. Bizim komandada nə Fabreqas, nə də Hazard "Qızıl top"u qazanmaq üçün can yandırır. Onlar yalnız yaxşı oyun və qələbələrin komandaya qazandıracağı fayda haqda düşünürlər".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm