Bakıda iki nəfəri qanına qəltan edən boksçu məhkəmə qarşısında
Bizi izləyin

İdman

Bakıda iki nəfəri qanına qəltan edən boksçu məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Samir Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.

Publika.az xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə baş tutan prosesdə Həsənovun anket materialları dəqiqləşdirilib. Məhkəmə baxış vaxtı dekabrın 10-na təyin edilib.

Xatırladaq ki, bu il iyulun 12-də Biləcəri qəsəbəsində boksçular arasında dava olub. Dava zamanı Samir 33 yaşlı Fərid Həsənov və onun qardaşı 37 yaşlı Şəhriyar Həsənovu bıçaqlayıb. Həsənovun həyatını xilas etmək mümkün olmayıb, Şəhriyar isə xəstəxanaya yerləşdirilib. Dava zamanı Şəhriyar Həsənov pnevmatik tapança ilə S.Həsənova atəş açsa da, o, ciddi xəsarət almayıb.

Qardaşları bıçaqlayan Samir Həsənov isə həbs edilib. Məlum olub ki, o da peşəkar boksla məşğul olur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm