«Qırmızı» aldı, hakimi bıçaqlamaq istədi - VİDEO
Bizi izləyin

İdman

«Qırmızı» aldı, hakimi bıçaqlamaq istədi - VİDEO

Türkiyənin həvəskar komandalarının oyununda dəhşətli anlar yaşanıb. «Kuzulukspor»la «Pazarköy Eğitimspor» arasında baş tutan sıradan bir oyun az qala bütün Türkiyə mətbuatının gündəmini zəbt edib.

Publika.az xəbər verir ki, matçın sonlarında hakim hər iki komandadan bir oyunçuya qırmızı vərəqə göstərib. Bundan sonra futbolçular arasında insident yaşanıb. Meydan sahiblərinin meydandan qovulan futbolçusu Hamza Sarı bu qalmaqalda hakimi günahkar bilərək onu cəzalandırmaq istəyib və paltardəyişmə otağından bıçaq götürüb gələndə oyundaşları tərəfindən tərksilah edilib.

Qısa fasilədən sonra başa çatan qarşılaşmada «Kuzulukspor» 4:3 hesabıyla qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm