Həbsxanaya düşən qaydasız döyüşçü lotulara qan uddurur
Bizi izləyin

İdman

Həbsxanaya düşən qaydasız döyüşçü lotulara qan uddurur

Rusiyalı idmançı, qaydasız döyüş üzrə yarışlarda məşhurlaşmış Aleksandr Yemelyanenko hazırda Butırka həbsxanasındadır.

O ən azı 2014-cü ilin 30 dekabrınadək həbsxanada qalacaq. İdmançıya qarşı cinayət məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqın məlumatına görə 3 noyabr 2014-cü ildə Aleksandr Yemelyanenko onun evində xadimə işləyən Polina Stepanovanı zorlayıb.

Üstəlik onun çantasından pasportunu oğurlayıb, həm də zavallı qadını narkotik maddə qəbul etməyə vadar edib.

MDB məkanında zorlanma maddəsi ilə həbsxanaya düşənlərin aqibəti o qədər də ürəkaçan olmur. Ən yaxşı halda o, digər məhkumlar tərəfindən zorlanır. Bəzən öldürülür.

Lakin Aleksandr Yemelyanenko özünü həbsxanada komfortlu hiss edir. İdmanla məşğul olur. Kamerada siqaret çəkən kriminaliteti cəzalandırır. Cəzaya məhkum qalmış məhbuslar Yemelyanenkonun qorxusundan 20 dəfə oturub qalxmalı olurlar.

Bu səbəbdən məhbusların çoxu siqaret çəkmək kimi zərərli vərdişi atıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm