Sumqayıtda tarixi qələbə
Bizi izləyin

İdman

Sumqayıtda tarixi qələbə

“Sumqayıt” tarixində ilk dəfə “Simurq”a qalib gəlib.

Publika.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 15-ci turunun 2:1 hesabı ilə nəticələnən oyununadək 11 dəfə qarşılaşan rəqiblərin görüşlərində sumqayıtlılar cəmi 1 xal qazanmışdı. 1 heç-heçə edib, 10 dəfə uduzan komanda 12-ci cəhddə sindromu qırıb.

Aqil Məmmədovun yetirmələri həm də mövsümdəki qələbəsiz oyunlar seriyasına son qoyub. Son 8 oyunda qələbə qazana bilməyən “Sumqayıt” 5-ci turun “Bakı” ilə səfər oyunundan sonra 2 heç-heçə edib, 6 məğlubiyyət almışdı. Sentyabrın 14-dəki qələbədən sonra növbəti uğuru 84 gün gözləmək lazım gəlib. Meydan sahiblərinə qələbə qazandıran qol yubiley xarakteri daşıyıb. Məhəmməd Qurbanov komandasının ev oyunlarında 50-ci qolunun müəllifi olub. Bu, komandanın öz meydanındakı 57-ci qarşılaşmasında qeydə alınıb.

Bundan başqa, qarşılaşma Azərbaycan millisinin sabiq futbolçusu Aleksandr Çertoqanov üçün də əlamətdar olub. 34 yaşlı yarımmüdafiəçi ölkə çempionatında 250-ci matçına çıxıb. Hazırda “Sumqayıt”ın şərəfini qoruyan milliləşən legioner Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 41-ci futbolçu olub. Ukraynalı bu qədər çox oyun keçirən ilk legioner kimi də tarixə düşüb.

Yubileyi “Simurq”la qarşılaşmaya təsadüf edən yarımmüdafiəçi Premyer Liqada 2004/05 mövsümündə debüt edib. 250-yə 11-ci mövsümündə, 6-cı klubla çatan Çertoqanov bu görüşlərdə 6 qol vurub.

Mövsüm klub oyun qol

2004/05 Bakı 24 2

2005/06 Neftçi (Bakı) 25

2006/07 Neftçi (Bakı) 19

2007/08 Neftçi (Bakı) 22

2008/09 Simurq (Zaqatala) 9

2008/09 Neftçi (Bakı) 6

2009/10 İnter (Bakı) 25

2010/11 İnter (Bakı) 29 1

2011/12 Qəbələ 28 2

2012/13 Qəbələ 21 1

2013/14 Sumqayıt 31

2014/15 Sumqayıt 11

11 mövsüm 6 klub 250 oyun 6 qol

Qeyd edək ki, Azərbaycan çempionatlarının oyun sayında rekordçusu Mahmud Qurbanovdur. Onun hesabında 421 matç var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm