“Təyyarəçilər” içki və qəlyan məclisində - FOTOLAR
Bizi izləyin

İdman

“Təyyarəçilər” içki və qəlyan məclisində - FOTOLAR

“Təyyarəçilər” içki və qəlyan məclisində

Azərbaycan Premyer Liqasının son turunda, "Sumqayıt"la oyunda qazanılan 1 xal AZAL-ın futbolçuları üçün əsl bayram ab-havası yaradıb.

Publika.az futbolinfo.az a istinadən xəbər verir ki, komandanın legionerləri “yorğunluqlarını” çıxarmaq üçün spirtli içki və qəlyan olan məkana üz tutublar. Fotolardan göründüyü kimi, "Təyyatəçilər"in kapitanı Viktor İqbekoyi meydanda yox, əyləncə klublunda özünü daha rahat hiss edir.

Xatırladaq ki, “Təyyarəçilər”in baş məşqçisi Vaqif Sadıqov “Sumqayıt”la qarşılaşmada itirlən 2 xala görə hakimi suçlamışdı. Görünür, məşqçi oyundakı çatışmazlıqları “Təyyarəci”lərin İdmançı həyat tərzinə uyğun gəlməyən həyat tərzi ilə yox, hakimin düzgün olmayan qərarı ilə əlaqələndirməyə daha meyllidi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm