Millimizin üzvü əməliyyat olundu
Bizi izləyin

İdman

Millimizin üzvü əməliyyat olundu

Azərbaycan milli komandası və "Qəbələ"nin futbolçusu Ruslan Əmircanov Türkiyədə əməliyyat olunub.

Publika.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin əməliyyatı İstanbulda - "Acıbadem" Fulya Xəstəxanasında baş tutub.

Travmatoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əmircanovun 1 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində AÇ-2016-nın seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə oyunları öncəsi Almaniyada toplanış keçən zaman xəsarət alan Ruslan təxminən 2 aydı zədədən əziyyət çəkirdi. Menisk problemi ilə Türkiyəyə yollanan futbolçunun müayinəsi onun meniskində yırtığın olmasını, əməliyyatının zəruriliyini üzə çıxarmışdı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm