Qolu hesaba almayan hakimə nə dedilər? – FB
Bizi izləyin

İdman

Qolu hesaba almayan hakimə nə dedilər? – FB

"Qarabağ" Avro Liqanın son turu çərçivəsində "İnter"lə keçirilən qarşılaşmada hakim səhvinin qurbanı oldu. Belə ki, hakim matçın sonunda "İnter"in qapısına vurulan qolu qeydə almadı və beləliklə, "Qarabağ" qrupdan çıxa bilmədi.

Milyonlarla azarkeşin məyusluğuna səbəb olan bu qərar sosial şəbəkələrdə, xüsusən Feysbukda böyük müzakirələrə səbəb olub.

Axar.az yaşanan hadisə ilə bağlı yazılan ən maraqlı statusları təqdim edir:

Roman Məmmədov

“Avropanın mesajı: Qarabağın taleyini bizim mühakiməmizə etibar etməyin”

Elçin Əfəndi

“Hakimi Beynəlxalq Məhkəməyə vermək lazımdır. Sağlamlığa qəsdən zərər yetirmə maddəsi ilə!”

Amil Hacıyev

“Qarabağ-İnter oyununun "qəhrəman"ı Laysmanın anası seçildi”

Pərviz Cəbrayıl

“Ermənipərəst çex köpəyuşağı”

Cavanşir Abbasov

“11 dekabr Azərbaycan tarixinə 32 min azarkeşin “Tofiq_Bəhrəmov”da tökdüyü göz yaşı ilə düşdü”

Xalid Kazımlı

“Bu, nə taledi? Nəyə görə Qarabağ həmişə arbitr, hakim ədalətsiziliyinin qurbanı olmalıdır? Mahalı elə, klubu belə”

Dilqəm Əhməd

“Həyat onsuz da kədərli idi. Gün o gün olsun Zelinka İŞİD-ə əsir düşsün, boğazında qəməli fotosunu layk edək. Ancaq ürəyimiz soyuyar”

Şəmsəddin Həsənov

“İnterin, nə də hakimin günahı yoxdu. Azərbaycan futbolunun alnına yazılıb qrupda qalmaq”

Rza Məmmədov

“Çexiyalı hakim Avropanın Qarabağ mövzusuna 22 ildə nümayiş etdirdiyi münasibəti bir dəqiqəyə sığdırdı”

Fərahim Qasımov

"İnter-Qarabağ oyununun hakimini “xoş sözlər"lə anıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm