İdman
Azərbaycan idmançısı dünya çempionu oldu
Ukraynanın Xarkov şəhərində keçirilən Dünya Çempionatında Azərbaycanı Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyası adından 65 kq çəki dərəcəsində olan Avropa Çempionu Namiq İmranov təmsil edib.
Azərbaycan Respublikası Çoxmübarizəli İdman Döyüş Növləri
Federasiyası Mətbuat Xidmətinin rəhbəri Anar Bürcəliyevin
Publika.Az-a verdiyi məlumata görə, bu yarışda 45 ölkənin iştirak
edəcəyi gözlənilsə də ancaq 36-ya yaxın ölkə iştirak edə bilib.
İlk döyüşü Cənubi Koreya idmançısı ilə olan Namiq İmranov döyüşün
sonuna yaxın rəqibinə tatami üzərində xal etibari ilə qələbə
qazanmağa müvəffəq ola bilmişdir. Daha sonra Dünya Çempionatına
yeni qatılan Tacikstan, Əfqanıstan, Kuba komandalarının idmançıları
ilə tatami üzərində 8 döyüş keçirərək sonda Erməni əsilli Rusiyalı
idmançı ilə qarşılaşıb. Tatami üzərində 2 dəfə ağrıdıcı fənd (
balivoy ) edərək tam qələbə qazanan Avropa Çempionu Namiq İmranov
Dünya Çempionu adına layiq görülüb.
Gələn həftənin sonları üçün Qazax rayonunda İran, Gürcüstan,
Türkiyə və Azərbaycanın iştirakı ilə keçiriləcək Beynəlxalq
Turnirdə Çoxmübarizəli İdman Döyüş Növləri üzrə idmançıların
iştirakı olacaq. Qeyd edək ki, bu yarışdan sonra isə iyul ayında
Gürcüstanın Uraki şəhərində keçirilən Dünya kubokunda da bu idman
növü üzrə idmançıların iştirakı planlaşdırılır.
Gülnar
Publika.Az
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi