Boksçunun qələbə sirri: “Təsəvvür et ki, Putini vurursan” – VİDEO
Bizi izləyin

İdman

Boksçunun qələbə sirri: “Təsəvvür et ki, Putini vurursan” – VİDEO

WBO (Ümumdünya Boks Təşkilatı) versiyası üzrə çempionluq titulunu qorumaq istəyən ukraynalı boksçu Aleksandr Usika Cənubi Afrika Respublikasından olan WBF versiyası üzrə çempion Denni Venterlə qarşılaşıb.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, ukraynalı boksçu rəqibinə texniki nokautla qalib gəlib.

İdmançıların döyüşməyə başlamasından əvvək ilə maraqlı bir hadisə yaşanıb. Ukraynalılar ölkəsini təmsil edən boksçunu ruhlandırmaq, rinqə əlavə güc qazanmasına kömək etmək üçün ona məsləhət veriblər.

Azarkeşlər “təsəvvür et ki. Putini vurursan” deyərək Usikanı qələbəyə səsləyiblər. Görünür, hazırda ukraynalıların Rusiya prezidenti Vladimir Putinə heç də yaxşı olmayan münasibəti qələbə qazanması üçün ona əlavə güc verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm