Xanım azarkeş kişi geyimində oyun izləyərkən həbs olundu
Bizi izləyin

İdman

Xanım azarkeş kişi geyimində oyun izləyərkən həbs olundu

Səudiyyə Ərəbistanında futbol matçını izləmək üçün stadiona gələn qadın həbs edilib.

Publika.az xəbər verir ki, xanım qadınların futbola baxmağa getməsinin qadağan olunmasından xəbərsiz olduğunu bildirsə də, tribunada kişi paltarında oturub. Bəhanəsi baş tutmayan xanım azarkeş matça bileti internetdən sifariş etdiyini söyləyib.

Xatırladaq ki, ötən yay İranda 25 yaşlı Qönçə Qavami adlı bir qadın da ölkəsində baş tutan voleybol matçını izlədiyi üçün həbs edilmişdi.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm