İdman
Emin Abbasov: “Harda görülüb ki, qərar veriləndən sonra müzakirəyə çıxarılsın?”
Bu gün AFFA-da fövqəladə toplantının keçirildiyi barədə məlumat vermişdik. Maraqlıdır ki, AFFA rəsmiləri klub rəhbərləri və məşqçilərlə birgə, avqust ayında İcraiyyə Komitəsinin iclasında qəbul olunmuş qərarı müzakirəyə çıxardıblar. Ancaq əslində bu müzakirələr qərar qəbul olunmazdan əvvl olmalıydı.
Belə anormal situasiyaya tanınmış idman jurnalisti Emin Abbasovun mövqeyini öyrəndik. Publika.az-a danışan Abbasov bildirdi ki, artıq neçənci dəfədir ki, AFFA verdiyi qərarı dəyişmək istəyir və belə hal yolverilməzdi:
“Azərbaycanın futbol qurumunda futboldan çox uzaq insanların əyləşdiyi heç kimə sirr deyil. Ancaq belə savadsız gedişlər nəinki futbolda, heç bir sahədə qəbul olunmur. Sual yaranır ki, nə üçün əvvəlcə müzakirə edilib sonra qərar verilmir? Bu qərarı verməzdən əvvəl belə tədbir keçirmək olardı. Dolğun müzakirə aparıb, ciddi qərar çıxarmaq olardı. Deyəsən, AFFA-da oturanlar “qərar” sözünün mahiyyətini anlayacaq səviyyədə deyillər. İcraiyyə Komitəsi çayxana deyil ki, bu gün qərar verib sabah isə dəyişəsən!
Hər işi tərsinə görmək AFFA-nın baş katibi Elxan Məmmədovun iş tərzinə çevrilib artıq. Limitlə bağlı çıxarılan son qərarın ideya müəllifi Elxan Məmmədovun buna izahı varmı? Harda görülüb ki, qərar veriləndən sonra müzakirəyə çıxarılsın? Olsa da, istisna vəziyyətlərdə mümkündür. Daha hər verilən qərarı 3-5 ay sonra dəyişməyin nə adı var?”
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü