• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Fransız: “Mənə dedilər ki, Bakıda Yelisey çöllərindəkindən daha təhlükəsiz olacam”

  • İdman
  • 13 Fevral 2014 11:11
  • 646 Baxış
Fransız: “Mənə dedilər ki, Bakıda Yelisey çöllərindəkindən daha təhlükəsiz olacam”

"İnter"in transfer etdiyi 24 yaşlı fransalı futbolçu Yohan Bokonyano ölkəsinin mətbuatına müsahibə verib. Publika.az xəbər verir ki, o, “İnter”ə keçidi və Bakı haqda danışıb:

“Ayaçço”nun idman direktoru Frederik Arpinon mənim komandada qalmağımı istəyirdi. Ancaq mən xoşbəxtliyi xaricdə axtarmağa qərara verdim. Agentlərimin sayəsində “İnter”ə ödənişsiz keçdim. Klubun toplanışında oldum.

Üç oyun oynadım və komandanın məşqçisi mənə müqavilə imzalamağı təklif etdi. Mənim karyeram ərzində bir məşqçim vardı - Jan-Mişel Kavalli. O, məni yaxşı başa düşürdü.

İndi mən başqa ölkədəyəm. Burada başqa mədəniyyət və oyun üslubu var. Burada çempionatın yaxşı səviyyədə olacağını gözləmirdim. Bakı böyük şəhərdi.

Stadionlar dolu deyil, ancaq gözəldi. Komanda Avropa Liqasına düşməyə iddialıdı. Orada oynamağa ümid edirik. Fasilədən sonra biz hər iki oyunda qələbə qazansaq da, qarşıda 16 tur var. Düşünürəm ki, avrokuboklara düşə bilərik.

“Mets”in sabiq oyunçusu Brüs Abdulayenin burada olması, mənə uyğunlaşmağa kömək etdi. Məşqçi göstərişlər verəndə, mənə çox şeyi izah edib. Hələlik evimə köçməmişəm. Mehmanxanada yaşayıram.

Azərbaycan haqda eşidəndə, düşünürdük ki, müharibə gedir. Ancaq bu, belə deyil. Mənə dedilər ki, ailəmlə birgə Bakıda Yelisey çöllərindən daha təhlükəsiz olacam”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR