"Real"ı hədələyib, pul tələb etdilər
Bizi izləyin

İdman

"Real"ı hədələyib, pul tələb etdilər

Transferlərə gözünü qırpmadan milyonlar xərcləyən “Real”ı hədələyiblər.

Publika.az xəbər verir ki, Almaniyanın 6-cı bölgə liqasının klubu "Qrayfsvalder" Madrid klubuna hədə məktubu göndərib. Məktubda Toni Kroosdan danışılır.

Klubun ünvanladığı məktubda FİFA qaydaları xatırladılıb. Sözügedən klubdan bildirilib ki, hansısa futbolçunun transferi zamanı onun yetişdiyi klublara da əlavə haqq ödənilməlidir.

Burada “Real” bir səhvə yol verib. Belə ki, “Kral klubu” Toni üçün “Bavariya”yadan başqa, “Hanza”ya (ondan öncəki komandası) da 300 min avro məbləğində pul ödəyib. Amma “Qrayfsvalder” unudulub. İndi komanda İspaniya nəhənginin ödəyəcəyi 60 min avronun yolunu gözləyir.

Əgər “Real” bu məbləği ödəməsə, FİFA-ya cavab verməli olacaq. "Qrayfsvalder" də ispan komandasını məhz bununla hədələyir.

Qeyd edək ki, Kroos mövsümün əvvəlində 30 milyon avro qarşılığında “Bavariya”dan “Real”a transfer olunub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm