“Qalatasaray” “Arsenal”ın hücumçusuna göz dikib
Bizi izləyin

İdman

“Qalatasaray” “Arsenal”ın hücumçusuna göz dikib

"Qalatasaray" yanvarda göndərməyi planlaşdırdığı Qoran Pandevi kiminlə əvəzləyəcəyini tapıb.

Publika.az xəbər verir ki, "Arsenal"da ümidləri doğrultmayan Kosta-Rika millisinin üzvü Joel Kempbell "aslanlar"ın maraq dairəsindədi.

Pandevi hər hansı kluba icarəyə verməyi düşünən "Qalatasaray", Kempbelli də eyni qayda ilə heyətinə cəlb etmək fikrindədi.

Son günlər kosta-rikalının göstərdiyi oyundan razı qalmayan "topçular"ın çalışdırıcısı Arsen Vengerin də onun gedişinə mane olmayacağı deyilir.

Braziliyada keçirilən dünya çempionatında özünü yaxşı tərəfdən göstərən Kempbell İngiltərə Premyer Liqasında heç də uğurlu ola bilmədi. Cari mövsümdə cəmi 4 oyunda meydana çıxan Joel hələ qol vurmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm