“Neftçi” İran çempionuyla qarşılaşacaq
Bizi izləyin

İdman

“Neftçi” İran çempionuyla qarşılaşacaq

"Neftçi"nin baş məşqçisi Arif Əsədov klubun Antalyada keçirəcəyi təlim-məşq toplanışından danışıb.

Publika.az xəbər verir ki, çalışdırıcı yoxlama oyunlarında qarşılaşacaqları komandalar haqqında da fikirlərini bildirib:

"Antalyada keçiriləcək hazırlıq prosesi üçün sıx qrafik nəzərdə tutulub. Təlim-məşq müddətində komanda gündə 2 dəfə məşq edəcək. Bununla yanaşı, oyun günləri də məşq planlaşdırılıb. Orada olduğumuz müddətdə minimum 6 yoxlama oyunu keçirəcəyik. Təbii ki, bu oyunlar üçün daha güclü klubları seçə bilərdik. Məsələn, "Metallist" (Xarkov), "Bursaspor" kimi komandalar "Neftçi" ilə oynamaq istəyirdilər. Belə olan halda oyunlarımızı məskunlaşacağımız kompleksdən xeyli aralıda keçirməli olacaqdıq. Bu isə gərgin məşqlərin fonunda əlavə yorğunluq və vaxt itkisi deməkdi. Ona görə də, təlim-məşq keçdiyimiz stadionda oynamağa razılaşan klubları seçdik. Rəqiblərimiz arasında olan İranın son çempionu "Fulad" Asiya Çempionlar Liqasının da iştirakçısıdı.

Ümumiyyətlə, rəqiblərimiz müxtəlif oyun üslubuna malik komandalardı. Belə olan halda çatışmayan cəhətlərimizi daha yaxşı analiz etmək imkanımız olacaq. Toplanış müddətində yerli gənc oyunçuları da yoxlayacağıq. Çalışacağıq ki, onlar da tədricən əsas komandaya uyğunlaşsınlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm