"Neftçi"nin oyunçusu Braziliya klubunda keçdi
Bizi izləyin

İdman

"Neftçi"nin oyunçusu Braziliya klubunda keçdi

"Neftçi" ilə yollarını ayıran Bruno Bertuççinin yeni iş yeri müəyyənləşib. Publika.az хəbər verir ki, braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək.

Belə ki, Bertuççi "Portuguesa" klubuna keçib. 24 yaşlı müdafiəçi yeni klubu ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, 2012-2014-cü illərdə "Neftçi"də çıхış edən Bertuççi 80 oyunda 3 qol vurub. Sentyabrın 21-də "Qəbələ" ilə keçirilən oyundan sonra ölkəmizdən ayrılıb. O əvvəllər Braziliyanın "Korintians", "San Kaetano", "Braqantino", Türkiyənin "Eskişəhərspor" və İsveçrənin "Qrasşopper" kimi klublarında forma geyinib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm