“Neftçi” Rauf Əliyevi publikaya təqdim etdi
Bizi izləyin

İdman

“Neftçi” Rauf Əliyevi publikaya təqdim etdi

“Xəzər Lənkəran”dan ayrılan Rauf Əliyevin tezliklə özünə yeni klub tapacağına heç kim şübhə etmirdi. Millinin bir nömrəli hücumçusunu heyətində görmək istəyənlər az deyildi. Legionerlərlə yollarını ayırmaq istəyən “Neftçi” bu fürsəti əldən vermədi və Rauf Əliyevlə 1,6 illik müqavilə bağladı. Lakin “Neftçi” hər nə qədər maliyyə durumunun yaxşı olmadığını desə də, Rauf Əliyev kimi futbolçunun transferinin ucuz başa gəlmədiyi hamıya aydındı.

Publika.az xəbər verir ki, Azərbaycan millisinin üzvü növbəti ilyarımda "Neftçi"nin formasını geyinəcək. Əliyev "Neftçi"yə keçidi ilə bağlı fikirlərini də bildirib:

"Neftçi" Azərbaycan futbolunun ən köklü komandasıdı. İstənilən yerli futbolçu üçün "Neftçi"də oynamaq şərəfdi. Bu komanda hər zaman ən yüksək yerlər uğrunda mübarizə aparıb. Zəngin tarixi və böyük iddiası olan kluba gəldiyim üçün xoşbəxtəm. Bilirəm ki, üzərimə böyük məsuliyyət düşür. "Neftçi"nin heyətində özümü doğrultmaq və komandama faydalı olmaq istəyirəm. İnanıram ki, azarkeşlərin də sevgisi və dəstəyi sayəsində qolları sıralayacam.

Mən milli komandanın da üzvüyəm. Ona görə də çalışacam ki, "Neftçi"də bacardığım qədər yaxşı çıxış edərək, yığmamıza da faydalı olum".

Qeyd edək ki, Rauf Əliyevin “Neftçi”də ilinə 300 min dollar qazanacağı deyilir. Müqavilənin 1,6 illik olduğunu nəzərə alsaq, hücumçu “Neftçi”dən 450 min dollar alacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm