• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ərəblər Türkiyə klubuna milyonlar təklif edir

  • İdman
  • 7 Yanvar 2015 17:09
  • 514 Baxış
Ərəblər Türkiyə klubuna milyonlar təklif edir

"Trabzonspor"un futbolçusu Oskar Kardozo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Publika.az xəbər verir ki, adıçəkilən ölkənin "Əl-Nəsr" klubu futbolçunu transfer etmək istəyir.

Ərəblərin 6 milyon avroluq ilk təklifini rədd edən klub rəsmiləri budəfəki məbləğ qarşısında susmalı olub. Belə ki, "Əl-Nəsr" rəsmiləri ikinci cəhddə qaradənizlilərə 8 milyon avro təklif edib.

"Trabzonspor"un prezidenti İbrahim Hacıosmanoğlu "Kardozonu 10 milyon avrodan aşağı satmarıq" desə də, o, 31 yaşlı futbolçuya bundan daha yaxşı təklif gəlməyəcəyini anladığından, qərar verməyə tələsmədiyi bildirilir.

Paraqvaylı futbolçu Səudiyyə Ərəbistanında aya 250 min avro (illik 3 milyon avro) qazanacaq ki, bu, "Trabzonspor"dakı maaşından 500 min avro çoxdu.

Superliqa təmsilçisi Kardozonu 2014-cü ilin yayında "Benfika"dan 5 milyon avro müqabilində transfer etmişdi. Cari mövsümdə Superliqada 13 oyunda meydana çıxan hücumçu 9 qolla komandasının bombardiridir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR