• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Prosineçki “yeni tapıntı”dan danışdı

  • İdman
  • 8 Yanvar 2015 19:11
  • 453 Baxış
Prosineçki “yeni tapıntı”dan danışdı

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki "Qranada"nın futbolçusu Eddi İsrafilovun millidə çıxış etməyə razılıq verməsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, AFFA-nın rəsmi saytına danışan xorvat çalışdırıcı sevincini gizlətməyib:

"Bu gün bəlkə də ən çox sevinənlərdən biri mənəm. Çünki güclü bir futbolçu Azərbaycan millisində çıxış edəcək. Ümid edirəm ki, onun yığmaya çox köməyi dəyəcək. İspaniya Primerosunda oynayan futbolçu millimizdə çıxış edəcək. Onun həm indiki, həm də əvvəlki klubundakı oyunlarını izləmişəm. Eddi və ailəsi ilə şəxsən söhbətim olub. Onun bizim millimizdə oynaması və ispan dilində danışmağım işimizi asanlaşdıracaq. Yəqin ki, aramızda problem olmayacaq və bir-birimizi yaxşı başa düşəcəyik".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR