İdman
2014-ün ən yaxşı qolu - VİDEO
2014-cü ilin ən yaxşı qolu üçün verilən Ferens Puşkaş mükafatının sahibi Xames Rodriges oldu.
Publika.az xəbər verir ki, FIFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermənin yekun nəticələrinə əsasən, Kolumbiya millisinin yarımmüdafiəçisinin DÇ-2014-də Uruqvayın qapısına vurduğu qol ötən ilin ən yaxşısı seçilib.
Qeyd edək ki, "Puşkaş mükafatı"na digər namizədlər İrlandiya millisinin və "Pimaunt Yunayted"in qadın futbolçusu Stefani Roç və Robin Van Persi (Hollandiya, "Mançester Yunayted") idi.
Xames Rodriges DÇ-2014-ün kəşflərindən biri olmaqla yanaşı, həm də gözlənilmədən turnirin bombardiri oldu. Hamı Ronaldo, Messi, Neymar, Van Persi kimi forvardlardan məhsuldarlıq gözləsə də, 23 yaşlı gənc oğlan çoxlarını təəccübləndirməyi bacardı. Uruqvayla 1/8 final qarşılaşmasının da qəhrəmanı olan yarımmüdafiəçi dublla yadda qaldı və qollardan biri fantastik alındı. Həmin qolu dəfələrlə izləmişik. Bir daha izləməyə dəyər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu