Bu gün püşk atılır
Bizi izləyin

İdman

Bu gün püşk atılır

Sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya kuboku yarışlarının püşkatma mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 17:00-da İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində baş tutacaq. Güləş həvəskarları püşkatma mərasimini canlı izləyə biləcək.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə dünya kuboku fevralın 19-20-də İran İslam Respublikasının paytaxtı Tehranda, qadın güləşi üzrə dünya kuboku 7-8 martda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində və sərbəst güləş üzrə dünya kuboku yarışları isə aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində baş tutacaq.

Ötən ilin dünya çempionatında hər üç növ üzrə güləş yığmalarımız dünya kuboku yarışlarında iştirak haqqı qazanıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm