Səsi olmayan “müğənniciklər” və yaxud “toyuqsan, gir hinə dəə”
Bizi izləyin

İdman

Səsi olmayan “müğənniciklər” və yaxud “toyuqsan, gir hinə dəə”

Futbolçular yaşıl meydanlarda öz işlərinin öhdəsindən daha yaxşı gəlirlər. Onların arasında xüsusi bacarığı olanlar da az deyil. Amma pul və populyarlıq hər futbolçunun əlinə mikrofon alıb oxumasına rəvac vermir.

Publika.az futbol dünyasında səsi olmayan, amma özünü müğənni kimi hiss edən top sehrbazlarından bir neçə nümunə gətirəcək.

Pol Qaskoyn - Fog on the Tyne

1990-cı ilin noyabrında britaniyalı futbolçu 20 il əvvəl “Lindisfarne” qrupunun oxuduğu “Fog on the Tyne” mahnısını yeni versiyada buraxdı. 1970-ci ildəki versiyada mahnı lirik janrda səslənmiş və İngiltərədə sevilmişdi. Pol sinqli özününküləşdirərək, bir balaca improvizə etdi və orta məktəb şagirdlərinin xoşladığı repəçevirdi. Müasir dillə desək, bu üslubu hazırda Ledi Qaqanın mahnılarında görmək olar. Bir sözlə, Qaskoynun oxuduğu kokteyl oldu. Bir ara Britaniyada “Top-40”-da ikinci yerə qədər yüksəldi.

Dani Alves oxuyur, şəklini çəkir və İnstaqrama yerləşdirir

Braziliyalı müdafiəçi “istənilən anda oxu və İnstaqrama yerləşdir” prinsipiylə hərəkət edir. Düzdür, kompozisiya seçimi geniş deyil: çəkilən roliklərin çoxunda əsasən Braziliya və İspaniya pop musiqisi üstünlük təşkil edir. Daninin vahiməli görünüşü və tatuirovkalı bədəni mahnı oxuyanda onu daha komik göstərir. Müdafiəçi oxuyarkən çəkilməyi sevir. Hətta maşın sürərkən də bu şakərindən əl çəkmir.

Kakanın klipini 100 min adam izləyib

Yaşıl meydanlarda əvvəlki kimi görünməyən Kakanın mahnı oxumağı da varmış. Özü də onun mənalı baxışları və həzin səsi lirik mahnıya “oturur”. Sabiq həyat yoldaşı Karolina Selikoyla oxuduğu duet o qədər təsirli alınmışdı ki, 100 mindən çox pərəstişkarının diqqətini çəkmişdi. Məsələn, Kaka toyunda səslənən mahnının spzlərini özü yazıb.

Ronaldinyo yaşıl meydanda dahidir, musiqi aləmində isə...

Futbolda Ronaldinyonun bacarmadığı driblinq yoxdur. O, dahi top sehrbazı olduğunu isbat edib. Amma meydandan kənarda onun da bacarmadığı işlər var. 2014-cü ilin martında braziliyalı reper Dennisin yeni klıipi işıq üzü gördü. Həmin klipdə mətnin bir hisəsini də Ronaldinyo oxuyub. Klipdə olduqca özünəinamlı və rahat görünsə də, diksiyasında problem hiss olunur. Bunu reperlər daha yaxşı “tutar”. Ronni ötən ilin əvvəlində “Edcity” ilə də klipə çəkilib.

Teves, get futbolunu oyna da...

2007-ci ildə “Boka Xuniors”un yetirməsi konsertlərin birində dogma klubunun şərəfinə mahnı oxumuşdu. “Karlitos”u səhnəyə çıxmağa futbolçu istedadı vadar etməmişdi. Sadəcə olaraq, komplekssiz olduğu və auditoriya qarşısında çıxış etmək istədiyi üçün “yolunu azmışdı”. Onra başa düşdü ki, oxumaq onluq deyil. Adama deyərlər ki, get futbolunu oyna da...

Bir dəfə ağzını aç, kifayətdir

Dörd il əvvəl qanalı reper Kastro futbolçu dostu Asamo Qyanla trek hazırladı. Bu klip CAR-dakı DÇ-2010-dan sonra populyarlığın zirvəsinə yüksəldi. Amma həmin klipdə cəmi bir dəfə ağzını açan Asamoa göstərdi ki, oxumau onluq deyil.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm