“Şeytan” ispanı ovsunladı
Bizi izləyin

İdman

“Şeytan” ispanı ovsunladı

“Mançester Yunayted” klubunun rəhbərliyi qapıçı David De Xeanı yola gətirməyə nail olub.

Publika.az xəbər verir ki, yeni müqavilə bağlamaqdan boyun qaçıran 24 yaşlı ispan qolkiper daşı ətəyindən töküb. David, nəhayət ki, anlaşmanı 2020-ci ilə kimi artırmağa razı olub. Əvvəlki müqavilənin müddəti 2016-cı ilin iyununa kimi idi. Bəzi mənbələrə görə, De Xeanın həftəlik qazancı 140 min funta qədər artırılacaq.

2011-ci ildə “Atletiko”dan “Mançester Yunayted”ə transfer olunan ispan qapıçı bu müddət ərzində İngiltərə klubunda 157 oyuna çıxıb və 169 top buraxıb. 2012/13 mövsümündə İngiltərə çempionu olan gənc qolkiper iki dəfə də ölkə kubokunu qazanıb. Bundan əvvəl isə “Atletiko”nun heyətində Avropa Liqası və UEFA superkubokunda qələbə sevinci yaşamışdı.

Hazırda Premyer Liqanın cari mövsümündə 22 turdan sonra MY 40 xalla 4-cü pillədədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm