Millimiz Almaniya ilə bir qrupda
Bizi izləyin

İdman

Millimiz Almaniya ilə bir qrupda

Bu gün İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Publika.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə millimiz Farer adaları, Finlandiya, Avstriya, Rusiya və Almaniyayla bir qrupda yer alıb.

Seçmə mərhələdə 7 qrupda 6, 2 qrupda 5 komanda çıxış edəcək.

Qrup qalibi olan 9 komanda Polşadakı final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutanlar arasında ən yaxşı göstəriciyə malik 4 komanda isə pley-offda daha iki vəsiqə uğrunda mübarizə aparacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm