İdman
Mərakeş futbolu məhv oldu
Ebola virusu üzündən Afrika Millətlər Kubokuna (AMK) ev sahibliyindən geri çəkilən Mərakeş ağır cəzaya məruz qalıb.
Publika.az xəbər verir ki, Afrika Futbol Konfederasiyası (AFK) təşkilatçılıqdan boyun qaçıran Mərakeş millisini növbəti iki turnirdə iştirakdan məhrum edib. Qitə futbol qurumu bəyan edib ki, 2017 və 2019-cu ildə keçiriləcək AMK-da Mərakeş olmayacaq. Bundan başqa, 883 min avro cərimə olunan Mərakeş Futbol Federasiyası, həmçinin təşkilatçılıqdan imtina etdiyi üçün səbəb olduğu zərərə görə ayrıca 8,05 milyon avro təzminat ödəməli olacaq.
Xatırladaq ki, ebola virusu səbəbindən AMK-2015-ə ev sahibliyindən imtina edən Mərakeş turnirin ertələnməsini tələb etsə də, təklif qəbul olunmamış, təşkilatçılıq Mərakeşdən alınaraq Ekvatorial Qvineyaya verilmişdi.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."