Güləşçilərimiz Türkiyədə beynəlxalq turnirin ilk günündə 3 medal qazanıblar
Bizi izləyin

İdman

Güləşçilərimiz Türkiyədə beynəlxalq turnirin ilk günündə 3 medal qazanıblar

Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnir davam edir.

Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnir davam edir.

Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən məlumata görə, 42-ci dəfə keçirilən turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamız da iştirak edir. Turnirin ilk günündə yığma komandamızın üzvləri 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub.

Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Olimpiya mükafatçımız Xetaq Qazyumov (97kq) turnirin qalibi olub. O, ardıcıl olaraq Türkiyə yığmasının 5 güləşçisini mübarizədən kənarlaşdırıb.

97 kq çəki dərəcəsində digər təmsilçimiz Roman Bəkirov isə bürünc medala sahib olub.

65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov da rəqiblərindən üstün olub və finala yüksəlib. Ancaq finalda İtaliya güləşçisi ilə görüşdə uduzan təmsilçimiz gümüş medalla kifayətlənib.

Bu çəkidə digər təmsilçimiz Ağahüseyn Mustafayev ardıcıl iki türkiyəli rəqibini üstələsə də, yarımfinalda İtaliya güləşçisinə uduzub. Bürünc medal uğrunda həlledici görüşü də məğlub başa vuran Ağahüseyn turniri 5-ci sırada tamamlayıb.

İlk yarış günündə mübarizəyə qoşulan güləşçilərimizdən Yaşar Əliyev (57 kq) və Səid Həmidov (97 kq) mübarizəni erkən dayandırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm