İdman
Olimpiya çempionumuza “qulaqburması”
London Olimpiadasının qızıl medalçısı, tanınmış güləşçimiz Toğrul Əsgərovun Fransadakı beynəlxalq turnirdə son görüşə çıxmaqdan imtina etməsi və komandanın böyük məşqçisi Firdovsi Umudovun bundan xeyli əsəbiləşdiyi haqda xəbərlər son günlərin aktual mövzusuna çevrilib.
Publika.az-a danışan böyük məşqçi artıq bununla bağlı məsələnin həll edildiyini deyib. F.Umudov Toğrulu tənbeh etdikdən sonra ona növbəti şans verdiklərini dedi:
“Toğrulu tənbeh etdik. Dedik bir daha belə hal təkrarlanmasın. Bakıya gəldikdə onu həkim nəzarətindən keçirdik. Heç bir problem yox idi. Özü dedi ki, “keçən dəfədən olan zədəm ağrıdı, qorxdum ki, yenə problem olar. Ona görə çıxmadım”.
Onu tənbehimiz qarşısında cavab qaytarmamağına, başını aşağı salıb səhvini anlamağına və söz verməyinə görə bağışladıq. O bir də belə bir şeyin təkrarlanmayacağını dedi. Bilməliyik ki, biz bu dövlətin əsgəriyik. Bizdən gözlənilən nəticəni verməliyik. Təbii ki, nizam-intizama hamı riayət etməlidir”.
Daha sonra təcrübəli mütəxəssis Toğrulun İlk Avropa Oyunlarına çıxıb-çıxmayacağının hələ dəqiq bilinmədiyini də dedi:
“Qarşıda onu və digər idmançıları çox sınaq gözləyir. İlk olaraq martın 5-7-də Belarusun paytaxtı Minskdə beynəlxalq turnirdə çıxışımız olacaq. Toğrulun daha çox güləşməsi və formaya düşmək üçün təcrübə toplaması lazımdır, 70 kq-da güləşə bilməyi bacarmalıdır”.
Aygün İlqarqızı
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO