İdman
Axır ki, boykot başladı...
"Neftçi" azarkeşləri "Qarabağ"la matçdan sonra saxlanılanlara görə boykot elan edərək Premyer Liqanın 3-cü turundan təxirə salınan AZAL - "Neftçi" (0:1) matçında iştirak etməyiblər. Bu hadisə ilə bağlı "Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov öz fikirlərini bölüşüb.
"Bu matçda az da olsa, azarkeş var idi. Mən onlarla da görüşdüm və dedim ki, heç bir boykota ehtiyac yoxdur. Rahat şəkildə gəlib komandaya dəstək ola bilərlər. Biz "Qarabağ"la matçdan dərhal sonra polis şobəsi ilə əlaqə saxladıq və heç bir saxlanılanın olmadığını eşitdik. Lakin, sonra bizə məlum oldu ki, 2 azarkeş saxlanılıb. Mən 9 azarkeşin saxlanılması barədə yayılan məlumatı qəbul etmirəm. Təbii ki, baş verən hadisədə hər hansı bir azarkeş qanun pozuntusuna yol veribsə, ona biz heç nə edə bilmərik. Çünki, qanun qarşısında fərqi yoxdur, azarkeşsən və ya yüksək vəzifəli şəxs. Buna baxmayaraq, biz klub olaraq hər şeyin qanun çərçivəsində həll olunması üçün nə lazımdırsa edəcəyik".
Gənc futbolçuların transfer qiymətində qəbul olunan limit məsələsinə də toxunan vitse-prezident bunları qeyd edib:
"Klublar Komitəsinin qəbul etdiyi qərarla bağlı biz heç nə deyə bilmərik. Komitə sədri olaraq, Tuyqun Nadirov bu sualın cavabını səsləndirsə daha yaxşı olar. Təbii ki, daha əvvəl "Bakı"dan heç bir futbolçunun transfer edilə bilməməsi ilə bağlı qərar qəbul olunanda, heç kim etiraz etmədi. Düşünürəm ki, komitənin bu qərarını da müsbət qarşılamaq lazımdır."
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."