Yarımfinal marşrutu: Bakı – Lənkəran – Zaqatala
Bizi izləyin

İdman

Yarımfinal marşrutu: Bakı – Lənkəran – Zaqatala

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.

Publika.az xəbər verir ki, yarımfinalçıların adı martın 13-də məlum olacaq. Bütün qarşılaşmalar eyni gündə baş tutacaq. Bakıdakı oyunlar daha tez başlayacaq.

İlk oyundakı nəticələrdən sonra “Qarabağ”la “Simurq”un meydana daha rahat çıxacağını gözləmək olar. Günün ən maraqlı qarşılaşması “AZAL Arena”da olacaq.

Azərbaycan kuboku, 1/4 final

13 mart

15:00 AZAL – Neftçi (ilk oyun 0:0)

AZAL Arena

15:00 Bakı – Qarabağ (0:3)

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

17:00 Xəzər Lənkəran – İnter (0:2)

“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00 Simurq – Qəbələ (3:0)

Zaqatala şəhər stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm