U-17 yığmasında dəyişiklik: İsayev getdi, Həsənov gəldi
Bizi izləyin

İdman

U-17 yığmasında dəyişiklik: İsayev getdi, Həsənov gəldi

AFFA rəhbərliyi Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məqşçisi Mirbağır İsayevin istefasını qəbul edib.

Publika.az xəbər verir ki, onun xələfinin adı da məlumdur. U-17-nin baş məşqçi postu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasını çalışdıran Təbriz Həsənova həvalə olunub.

Xatırladaq ki, Mirbağır İsayev U-17-nin Avropa çempionatının elit-raund mərhələsində uğursuz çıxışından sonra istefa vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm