Çingiz Abdullayevdən açıqlama: “Böyük oyun” və...
Bizi izləyin

İdman

Çingiz Abdullayevdən açıqlama: “Böyük oyun” və...

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev bu həftə - aprelin 9-da “Xəzər Lənkəran”a qarşı keçiriləcək “Böyük oyun”la bağlı fikirlərini açıqlayıb.

Publika.az xəbər verir ki, 55 yaşının tamam olması münasibəti ilə bu gün ANS-in “Günə baxan” verilişinin qonağı olan xalq yazıçısı özünün də həmin matçı izləmək üçün Lənkərana gedəcəyini söyləyib.

O, hər iki komanda arasında idman gərginliyinin olmasını normal qarşıladığını söyləyib. Ç.Abdullayev bununla belə iki komandanın azarkeşləri arasında nifaq toxumu səpməyə yönələn addımları pisləyib.

O bildirib ki, bəziləri hər iki komanda arasındakı matçlar ərəfəsində ortaya “talış-azərbaycanlı” söhbəti atırlar: "Bunlar hamısı axmaq söhbətlərdir. Biz hamımız eyni ölkənin vətəndaşıyıq, azərbaycanlıyıq. İdman gərginliyinin olması təbiidir. Amma stadionlarda qalmaqala, qarşıdurmalara yer olmamalıdır”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm