“Qalatasaray”da dava- VİDEO- FOTO
Bizi izləyin

İdman

“Qalatasaray”da dava- VİDEO- FOTO

“Qalatasaray”da dava- VİDEO- FOTO

“Beşiktaş”la oyun öncəsi təlim-məşqləri davam etdirən “Qalatasaray”ın son məşqində qalmaqal baş verib.

Məşqdə türk futbolçu Gökhan Zanla brazilyalı Felipe Melo arasında mübahisə yaşanıb. Publika.Az-ın verdiyi məlumata görə, məşq mətbuat üçün açıq olub.

Bu üzdən, yaşanan qalmaqal da kameraların obyektindən yan qaçmayıb. Bir-birlərinə əl-qol hərəkətləri göstərən futbolçular arasındakı davanın qarşını komanda üzvləri və məşqçi heyəti alıb.

Mübahisə zamanı Gökhan Zan Meloya: “Diqqətli olaq, hər şeydən əvvəl bir-birimizə hörmət edək. Siz bizə hörmət etmirsiniz, biz sizi başımızın üzərində tuturuq.

Siz də bizə hörmət etməlisiniz. Biz sizə hörmət göstəririk, siz də bizə göstərin”- deyib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm