UEFA Avroliqada mübarizə başladı - NƏTİCƏLƏR
Bizi izləyin

İdman

UEFA Avroliqada mübarizə başladı - NƏTİCƏLƏR

Çempionlar Liqasının ardınca Avropa Liqasında da qış fasiləsi başa çatıb. Fanat.az xəbər verir ki, bu gecə qitənin ikinci dərəcəli klub turnirində 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

Çempionlar Liqasının ardınca Avropa Liqasında da qış fasiləsi başa çatıb. Fanat.az xəbər verir ki, bu gecə qitənin ikinci dərəcəli klub turnirində 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

Millimizin üzvü Ruslan Abışovun çıxış etdiyi "Rubin" "Betis"in qonağı olub. Sevilyada keçirilən oyun 1:1 matç hesabı ilə başa çatıb. Abışov "18-liy"ə düşməyib.

Türkiyənin turnirdəki tək təmsilçisi "Trabzonspor" İtaliyada meydana çıxıb. Qara dəniz klubu "Qalatasaray"ın Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı "Yuventus"un qonağı olub. Oyun İtaliya klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Avropa Liqası

1/16 final

İlk oyunları

20 fevral

Anji (Rusiya) - Genk (Belçika) 0:0

PAOK (Yunanıstan) - Benfika (Portuqaliya) 0:1

Qoı: Lima, 59.

Dinamo (Kiyev, Ukrayna) - Valensiya (İspaniya) 0:2

Qollar: Eduardo Varqas, 79. Sofiane Feqouli, 90.

Liberets (Çexiya) - Alkmaar (Hollandiya) 0:1

Qol: Nik Vierqever, 89.

Dnepr (Ukrayna) - Tottnhem (İngiltərə) 1:0

Qol: Yevgeni Konoplyanka, 81-pen.

Yuventus (İtaliya) - Trabzonspor (Türkiyə) 2:0

Qollar: Pablo Osvaldo, 16. Paul Poqba, 90.

Çernomorets (Ukrayna) - Olimpik (Lion, Fransa) 0:0

Esbyerq (Danimarka) - Fiorentina (İtaliya) 1:3

Qollar: Martin Pusiç, 10 - Alessandro Matri, 8. Yosip İliçiç, 15. Alberto Aquilani, 37-pen.

Ayaks (Hollandiya) - Salzburq (Avstriya) 0:3

Qol: Conatan Soriano, 14-pen; 34. Sadio Mane, 21.

Latsio (İtaliya) - Ludoqorotes (Bolqarıstan) 0:1

Qol: Roman Bezjak, 45.

Makkabi (Təl-Əviv, İsrail) - Bazel (İsveçrə) 0:0

Portu (Portuqaliya) - Ayntraxt (Frankfurt, Almaniya) 2:2

Qollar: Rikardo Quareşma, 44. Silvestre Varela, 68 - Joselu, 72. Aleks Sandro, 77 (avtoqol).

Maribor (Sloveniya) - Sevilya (İspaniya) 2:2

Qollar: Marko Tavares, 33. Dare Vrsiç, 81 - Kevin Qameyro, 47. Federiko Fazio, 72.

Viktoriya (Çexiya) - Şaxtyor (Ukrayna) 1:1

Qollar: Stanislav Teçl, 62 - Luiz Adriano, 65.

Betis (İspaniya) - Rubin (Rusiya) 1:1

Qollar: Didak Vila, 3 - Roman Yeremenko, 74-pen.

Suonsi (İngiltərə) - Napoli (İtaliya) 0:0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm