Məğlubedilməzlərdən kimin dizi büküləcək?
Bizi izləyin

İdman

Məğlubedilməzlərdən kimin dizi büküləcək?

Məğlubedilməzlərdən kimin dizi büküləcək?

Sabah Azərbaycan Premyer Liqasında 23-cü turun oyunlarına start veriləcək.

Bütün qarşılaşmalar eyni gündə keçiriləcək. Publika.az xəbər verir ki, turun mərkəzi görüşü “İnter”lə “Bakı” arasında olacaq. Qış fasiləsindən sonra məğlub olmayan hər iki klub çempionluq uğurunda mübarizəyə qoşula bilib.

Bu baxımdan yanaşsaq, sabahkı qarşılaşmanın komandalar üçün böyük əhəmiyyəti var.Bu, komandalar arasında 37-ci paytaxt derbisidi. “İnter” son 8 paytaxt derbisində uduzmayıb.

Son 2 matçda hərəyə 1 xal qazanan tərəflərdən “İnter” qələbə, “Bakı” top fərqində cüzi üstünlük qazanıb. Belə ki, "bankirlər" 14, rəqibləri 13 qələbə qazanıb, 9 matç sülhlə bitib. "İnter"in 29 qoluna "Bakı" 30 dəfə cavab verib.

“Neftçi” üçün bəraət oyunu

Qış fasiləsindən sonra uğursuzluq zolağına düşən “Neftçi” vəziyyətini düzəltmək üçün yaxşı şans əldə edib. “Ağ-qaralar” çempionatın aşkar autsayderi ilə-“Sumqayıt”la qarşılaşcaqlar. Komandalar 7-ci dəfə üz-üzə gələcəklər. İndiyədək baş tutan oyunlarda “Neftçi” 4, "Sumqayıt" 1 qələbə qazanıb. 1 oyunda isə qalib müəyyənləşməyib. Paytaxt təmsilçisinin 19 qoluna sumqayıtlılar 5 dəfə cavab verə bilib.

Mustafa Dənizlinin gəlişindən sonra ilk məğlubiyyətini ötən tur “Bakı”dan alan “Xəzər Lənkəran” Şüvəlanda AZAL-ın qonağı olacaq. Bu, tərəflərin 23-cü qarşılaşması olacaq. Bundan əvvəlki 22 qarşılaşmada “Xəzər Lənkəran”ın böyük üstünlüyü var.

Belə ki, Lənkəran klubu 13 qələbə qazandığı halda, bakılılar cəmi 4 dəfə 3 xala sevinib. 5 matçda isə qalib müəyyənləşməyib. “Xəzər Lənkəran/”ın 29 qoluna AZAL 14 dəfə cavab verə bilib. AZAL-la son 4 səfər oyunundan 3-də 3 xal qazanan “Xəzər Lənkəran” son 5 görüşdə qapısından qol buraxıb.

“Sülhsevməzlər” Qəbələdə qarşılaşacaqlar

Çempionatın lideri “Qarabağ” öz meydanında “Simurq”u qəbul edəcək. Zaqatala klubu “köhlən atlar” üçün çətin rəqib sayıldığından, bu qarşılaşmanın gərgin mübarizənin olacağı proqnozlaşdırılır. Komandalar 19-cu dəfə qarşılaşmalı olacaqlar.

İndiyədək hər iki komanda 5 qələbə qazanıb və 8 matç heç-heçə bitib. Rəqiblər eyni sayda qələbə qazansa da, top fərqində “Simurq”un üstünlüyü var - 12:14. Bundan başqa ağdamlılar 4 matçdı rəqib qapısına qol vura bilmir. Komandadaların son 3 qarşılaşması qolsuz heç-heçə ilə nəticələnib.

“Qarabağ”ın ən yaxın izləyicisi “Qəbələ” “Rəvan”ı qəbul edəcək. Tərəflər 7-ci dəfə qarşılaşacaqlar. İndiyədək heç-heçə etməyən rəqiblər 7-ci dəfə üz-üzə gələcək.

Son 3 matçda qalib gələn “Qəbələ” ümumi balansda da üstünlüyə malikdi - 4 qələbə. 2 qələbə qazanan “Rəvan” isə son iki görüşdə qol vura bilməyib. Üstəlik qəbələlilər paytaxt klubu ilə bütün oyunlarda qol sevinci yaşayıb. “Qəbələ”nin 14 qoluna “Rəvan” 7 dəfə cavab verib.

23 fevral (bazar)

“Qəbələ” – “Rəvan”

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Fazil Mürşüdov

Qəbələ şəhər stadionu, 13:00

AZAL – “Xəzər Lənkəran”

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Gülağa Cabarov

“AZAL Arena” stadionu, 17:00

“Qarabağ” – “Simurq”

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Tofiq Bəhramov adına Respublika stadionu, 17:00

“Sumqayıt” – “Neftçi”

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Murad Məmmədov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança, 15:00

“İnter” – “Bakı”

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Asim Xudiyev

“Şəfa” stadionu, 16:00

Oxumağa davam et
Reklam
Reklam

Gündəm