Məşhur mütəxəssis Çin millisində?
Bizi izləyin

İdman

Məşhur mütəxəssis Çin millisində?

Məşhur mütəxəssis Çin millisində?

Çinin “Quanqou Everqrande” klubun çalışdıran Marsello Lippi Çin yığmasının başına keçə bilər.

Publika.az xəbər verir ki, bu iddia ilə İtaliyanın “Tuttosport” qəzeti çıxış edib.

İddiaya görə, 2006-cı ildə İtaliyanı dünya çempionu edən mütəxəssis hər an Çin millisinin başına keçə bilər. Bu ölkədə çalışdığı iki ildə “Quanqou Everqrande”ni ilk dəfə ölkə çempionu edən və Asiya Çempionlar Liqasını qazandıran Lippinin uğurları Çin Futbol Federasiyasının rəsmilərinin rəğbətini qazanmasına səbəb olub. Lakin bu təyinatın reallaşması üçün bir problem var. Belə ki, Lippi klubdan ildə 4 milyon avro maaş alır. Federasiya rəhbərliyi artıq maliyyə mənbəyi axtarmağa başlayıb. Sponsor tapılsa, Lippinin təyinatı reallaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm