İdman
Ronaldonun ürəyi çoxmənzilli ev kimidir – VİDEO
“Real”ın ulduzu Kriştiano Ronaldo növbəti dəfə xeyirxah addımı ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, “Atletiko”yla Çempionlar Liqasının cavab oyunu ərəfəsində son məşqə çıxan portuqaliyalı futbolçu cərimə zərbələri üzərində işləyərkən növbəti zərbə zamanı top tribunadakı uşaqlardan birinə dəyib. Zərbənin gücündən azyaşlı ağlamağa başlayıb. Stadionda olan növbətçi tibb işçiləri dərhal uşağın vəziyyətiylə maraqlanıb və onun ciddi xəsarət almadığına əmin olub.
Məşqi bitirəndən sonra oyundaşları paltardəyişmə otağına tələsərkən Ronaldo birbaşa ağlayan uşağın yanına gəlir və tribunaların alqış sədaları altında formasını azyaşlıya hədiyyə edir.
2011-ci ildə də oxşar hadisə olmuşdu. İspaniya çempionatı çərçivəsində “Xetafe” ilə oyunda Ronaldonun qüvvətli zərbəsindən sonra top təsadüfən madridli azarkieşlərdən birinə dəymiş və azarkeşin burnundan qan açılmışdı. Oyun başa çatandan sonra portuqaliyalı tribunaya qalxaraq azarkeşdən üzr istəmiş və formasını ona hədiyyə vermişdi.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO