"Neftçi"nin azarkeşləri stadiondan qovulub
Bizi izləyin

İdman

"Neftçi"nin azarkeşləri stadiondan qovulub

Bu gün Topaz Premyer Liqasında XXXIII tura start verilib. "İnter" doğma meydanda "Neftçi"ni 4:0 hesabı ilə məğlub etdi.

Futbolinfo.az xəbər verir ki, "İnter Arena"da keçirilən matçın 66-cı dəqiqəsində Rauf Əliyevin penaltini qola çevirə bilməməyindən sonra daha da aqressivləşən "Neftçi" fanatlarının hamısı tribunadan qovulub. Polislər xoşagəlməz olayların qarşısını almaq üçün bu addımı atıb. Amma yaxşı olardı ki, komandanın zəif oyununa etiraz edən azarkeşlər zor gücünə deyil, yaxşı oyunla susdurulardı.

Təəssüf ki, "Neftçi" hazırda bunu bacara bilmədi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm