​Sadıq Sadıqova danışmağa icazə verilmir
Bizi izləyin

İdman

​Sadıq Sadıqova danışmağa icazə verilmir

"Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Sadıq Sadıqov əməliyyat olunub.

Publika.az xəbər verir ki, bu barədə Report-a Şuranın üzvü Mübariz Zeynalov məlumat verib.

Onun sözlərinə görə, klubun sabiq prezidenti boğazından əməliyyat olunub. Əməliyyatın Bakıda keçirildiyini deyən M.Zeynalov hazırda S.Sadıqovun özünü yaxşı hiss etdiyini bildirib: "Hər şey qaydasındadır. Sadəcə boğazından əməliyyat olunduğu üçün həkimlər ona danışmağa icazə vermir".

M.Zeynalov bildirib ki, S.Sadıqov əməliyyat olunduğundan, Müşahidə Şurasının mayın 8-də keçirilmiş sonuncu iclasına qatılmayıb: "Sadıq müəllim bizə mesaj da göndərmişdi ki, boğazımdan əməliyyat olunmuşam, danışa bilmirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm