Puyol bu gün karyerasına son qoya bilər
Bizi izləyin

İdman

Puyol bu gün karyerasına son qoya bilər

Puyol bu gun karyerasına son qoya bilər

“Barselona”nın veteran futbolçusu Karles Puyol karyerasını bitirməklə bağlı bu gün rəsmi açıqlama verə bilər.

Publika.az xəbər verir ki, futbolçu gözlənilmədən mətbuat konfransı təyin edib. Mətbuat konfransı bu gün Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.

Ola bilsin ki, Puyol karyerasını bitirməsi ilə bağlı rəsmi açıqlamanı elə mətbuat konfransında versin.

Qeyd edək ki, onun “Barselona” ilə müqaviləsi yayda başa çatır. Son günlər İspaniya mətbuatında Puyolun karyerasını bitirəcəyi ilə bağlı məsələ geniş müzakirə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm