"Xəzər Lənkəran" iyunun 5-də toplaşacaq
Bizi izləyin

İdman

"Xəzər Lənkəran" iyunun 5-də toplaşacaq

Mövsümlərarası yay fasiləsində istirahətə çəkilən “Xəzər Lənkəran” növbəti mövsüm üçün planlarını qurur.

Publika.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, iyunun 5-də keçiriləcək klubdaxili toplantıda rəhbərliklə məşqçilər birgə müzakirələr aparacaqlar. İlk növbədə hazırki heyətin bir neçə üzvünün taleyinə aydınlıq gələcək, daha sonra isə Mali səfərinin yekunları, həmçinin qarşıdakı mövsüm üçün yerli və əcnəbi futbolçuların transferləri barədə məsələlər ətraflı müzakirə olunaraq müəyyən qərarlar veriləcək.

Əlavə edək ki, milli komandanın və “İnter”in qapıçısı Səlahət Ağayevlə danışıqlar hələ də davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm