Bu gün oyun var: Azərbaycan - Serbiya
Bizi izləyin

İdman

Bu gün oyun var: Azərbaycan - Serbiya

Bu gün Azərbaycan millisi yoxlama oyunu çərçivəsində Serbiya yığması ilə qarşılaşacaq.

Publika.az xəbər verir ki, millinin Avstriyadakı toplanışı çərçivəsində baş tutacaq görüş saat 20.00-da start götürəcək. Bu oyun iyunun 12-də Osloda Norveçə qarşı keçirəcəyimiz AÇ-2016-nın seçmə mərhələ matçına hazırlıq məqsədi daşıyır.

Serblərlə sonuncu qarşılaşmamız AÇ-2008-in seçmə mərhələsinə təsadüf etmişdi. O vaxt Şahin Diniyevin "sükan arxasında" olduğu millimiz Bakıda serblərə rüsvayçı - 1:6 hesabıyla uduzmuşdu.

Yoldaşlıq oyunu

7 oyun

20:00 Azərbaycan - Serbiya

Baş hakim: Harald Lexner.

Avstriya. "NV Arena" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm