Bu məşhurları tanıyırsız? - Narkotik aludəçiləri və yalançılar - FOTOLAR
Bizi izləyin

İdman

Bu məşhurları tanıyırsız? - Narkotik aludəçiləri və yalançılar - FOTOLAR

İdman dünyasında yaxşı nəticələr qazanmaq üçün həmişə yüksək formada olmağı bacarmalısan. Bunun üçün də stresdən uzaq olmaq əsasdır. Ancaq bəzi idmançılar bunu o qədər də yaxşı bacarmır. Belə ki, idmandakı uğurların gətirdiyi məşhurluq həmişə xoşbəxtlik gətirmir. Şəxsi həyatda qazanılmış stres və depressiya isə meydandakı oyuna və buna uyğun olaraq da, nəticəyə birbaşa təsir edir. İradəcə güclü olan idmançılar bu çətin dövrdən daxili gücü və iradəsi hesabına çıxmağı bacarır. Bəziləri isə bunu qadağan olunmuş müəyyən preparatlar, daha dəqiqi narkotik vasitəsiylə etməyə çalışır.

Dünya idmanında narkotik aludəçisi olan bir çox məşhur simaya rast gəlmək olar. Bu dəfə isə Publika.az sizi tennis kortlarının məşhur narkotik istifadəçiləriylə tanış edəcək.

Andre Aqassi

Amerikalı məşhur sabiq tennisçi Andre Aqassi 90-cı illərdə karyerasının ən yüksək nöqtəsinə çatmışdı. Ancaq bu dövrlərdə birdən onun şəxsi həyatında problemlər meydana çıxır. Həyat yoldaşıyla daim münaqişə yaşayan tennisçi bundan qurtulmaq üçün yol axtarır. "Çıxış yol"unu isə onun özünün "Slim" adlandırdığı köməkçisi göstərir. O, özünün də istfadə etdiyi metamfetamini (narkotik maddə növü) Aqassiyə təklif edir. Aqassi özü 2009-cu ildə həmin hadisələri belə xatırlayır:

"O vaxtlar çox çətinliklə üzləşmişdim. Mənim köməkçim "Slim" isə mənə metamfetamini təklif etdi. O, özü bundan həmişə istifadə edirdi. Əsasən suya qataraq içirdi. Bir dəfə mənə də təklif etdi. Mən də sınamaq qərarına gəldim. Ömrüm boyu özümü belə rahat hiss etməmişdim. Bundan sonra məndə bu maddəyə bağlılıq əmələ gəldi".

Əslində Aqassi həmin dövrdə həbs edilmədiyinə görə çox şanslıdır. Belə ki, ABŞ qanunlarına əsasən adıçəkilən maddədən nəinki istifadə etmək, hətta onu saxlamağa görə belə ən azı 5 illik həbs qərarı var.

Çox keçmir ki, Peşəkar Tennisçilər İttifaqı (ATP) Aqassiyə məktub göndərir. Orda Aqassinin qanında qadağan olunmuş preparatlar aşkarlandığından, onun 3 ay müddətinə yarışlardan kənarlaşdırıldığı qeyd edilir. Andre özü 2009-cu ildə, xatirələrini qeyd etdiyi kitabında belə yazır:

"1997-ci ildə metamfetamini ilk dəfə qəbul etmişdim. Bundan bir müddət sonra ATP-dən mənə məktub gəldi. Orda mənim yarışlardan kənarlaşdırılmağım qeyd edilmişdi. Bu, hər şeyin sonu ola bilərdi. Belə ki, mən illərlə qazandığım uğurları heç nəyə görə itirə bilərdim. Məhz buna görə, mən ATP-yə cavab məktubumda yalan danışmağa məcbur oldum. Belə ki, mən bu preparatı bilməyərək qəbul etdiyimi dedim. Artıq işdən qovduğum köməkçim "Slim"in bu maddədən istifadə etdiyini bildirdim. Onun həmişə bu maddəni suya qataraq içdiyini, bir dəfə isə səhvən onun özü üçün hazırladığı suyu içdiyimi qeyd etdim. Əslində isə bu yalan idi. Mən özüm bilərəkdən bu preparatı qəbul etmişdim. İndi o vaxt yalan danışdığım üçün utanıram. Ancaq karyeram üçün bunu etməyə məcbur idim".

Aqassi bu hadisədən sonra zərərli vərdişindən uzaqlaşır. Daha 9 il karyerasını davam etdirən Andre, kolleksiyasına yeni titullar əlavə edir.

Martina Hinqis

Slovakiyalı məşhur tennisçi Martina Hinqis Aqassi kimi şanslı deyildi. Belə ki, 2007-ci ildə onun qanında qadağan olunmuş preparat (narkotik maddə) tapıldığından o, 2 il müddətinə peşəkar tennisdən uzaqlaşdırıldı. Bunadək isə Hinqis bir dəfə tennisdən uzaqlaşmışdı. Belə ki, 2002-ci ildə zədəyə görə tennisi atan Martina, 2007-ci ildə ikinci dəfə tennisdən uzaqlaşmalı oldu. Bu dəfə o, həmişəlik uzaqlaşır.

Rişar Qaske

Rişar Qaske də Martina Hinqis kimi ifşa olunub. Mayda qanında kokain tapılan tennisçi ATP tərəfindən 2 il müddətinə yarışlardan uzaqlaşdırılır. Ancaq fransız tennisçi buna etiraz edir. O, kokainin onun bədəninə səhvən daxil oduğunu deyir. Belə ki, fransızın ATP-yə bildirdiyinə görə rok konsertlərindən birində o, ehtiyatsız hərəkət edərək fanatlarından biriylə öpüşür. Bu zaman isə narkotik maddə istifadəçisi olan fanatdan Qaskenin bədəninə narkotik keçir. Bu hadisə hər nə qədər inandırıcı olmasa da, ATP-ni təmin edir. Belə ki, mayda aldığı iki illik cəzadan cəmi iki ay sonra Qaske tennis kortuna geri dönür.

Karel Novaçek

Karel Novaçek Çexiyanın yetişdirdiyi ən güclü tennisçilərdəndir desək, yəqin ki, yanılmarıq. 1995-ci ilə qədər o, bir çox titullar qazanmışdı. Ancaq həmin ildəki "Rolan Qarros" turnirində onun qanında qadağan olunmuş preparatlar tapılır. Bundan sonra o, 3 ay müddətinə yarışlardan kənarlaşdırılmaqla yanaşı, həmin ildə qazandığı titullardan da məhrum edilir. Maraqlıdır ki, Novaçek bəzi həmkarları kimi özünü haqlı çıxarmağa cəhd etmir.

O, 2001-ci ildə yenidən tennisə qayıtmaq istəsə də, qatıldığı turnirin ilk mərhələsindəcə uduzması raketkanı həmişəlik buraxmasıyla nəticələnir.

Cennifer Karpiati

Cennifer Karpiati çox gənc - 18 yaşında uğurlar qazanmağa başlasa da, keçirdiyi həyat tərzi onun karyerasına böyük zərbə vurdu. Belə ki, Cennifer əvvəlcə mağazada oğurluq edərkən tutularaq həbs edilir. Daha sonra isə onun marixuana və kokaindən istifadə etdiyi aydınlaşır. O, 15 aylıq peşəkar tennisdən uzaqlaşdırılır. Ancaq Karpiati tennisə qayıtmağa və yeni titullar qazanmağa özündə güc tapır. Belə ki, o, 2001-ci ildə Avstraliya açıq tennis turnirini qazanmaqla yanaşı, "Rolan Qarros" turnirində də qalib gəlir.

2010-cu ildə karyerasını bitirən Cennifer narkotik asılılığından qurtulmaq üçün klinikada müalicəyə başlayır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm