Norveç - Azərbaycan matçını polşalılar idarə edəcək
Bizi izləyin

İdman

Norveç - Azərbaycan matçını polşalılar idarə edəcək

İyunun 12-də Norveç və Azərbaycan milli komandaları arasında keçiriləcək futbol üzrə AÇ-2016-nın seçmə qrup matçının hakimləri məlum olub.

Publika.az xəbər verir ki, qarşılaşmaya polşalı referi Pavel Gil təyinat alıb.

Ona həmyerlilərindən Konrad Sapela və Martsin Borkovski yan xətt, Bartoş Frankovski və Krjiştof Yakubik əlavə köməkçi hakimlər, Radoslav Seyka dördüncü hakim qismində yardımçı olacaq.

UEFA nümayəndəsi şimali irlandiyalı Krouford Uilson, hakim-inspektor kiprli Kostas Kapitanisdir.

Qeyd edək ki, Norveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm